Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB ilə Nyu-York Federal Ehtiyatlar Bankı valyuta ehtiyatlarının idarə olunmasını müzakirə edib - BBN

AMB ilə Nyu-York Federal Ehtiyatlar Bankı valyuta ehtiyatlarının idarə olunmasını müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Nyu-York Federal Ehtiyatlar Bankı arasında valyuta ehtiyatlarının idarə olunması və maliyyə bazarlarındakı cari tendensiyalar müzakirə olunub.

Bu barədə AMB məlumat yayıb.

Məlumata əsasən, AMB-nin sədr müavini Əli Əhmədov Nyu-York Federal Ehtiyatlar Bankının nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə olunan son tendensiyalar, mərkəzi bankların üzləşdiyi aktual çağırışlar, həmçinin valyuta ehtiyatlarının idarə olunması sahəsində mövcud məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər eyni zamanda, Azərbaycan Mərkəzi Bankı ilə Nyu-York Federal Ehtiyatlar Bankı arasında mövcud uzunmüddətli əməkdaşlığın gələcək inkişaf perspektivlərini də müzakirə ediblər.

Related posts

“ZİRAAT BANK AZƏRBAYCAN” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

“PAŞA Bank”ın Türkiyədəki törəməsi maliyyə vəziyyətini açıqlayıb

MİDA-nın tabeliyindəki şirkət ötən il 1 milyon manat xalis mənfəət əldə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı