Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dünya Bankı: Azərbaycan turizm bazarlarının şaxələndirilməsini sürətləndirməlidir - BBN

Dünya Bankı: Azərbaycan turizm bazarlarının şaxələndirilməsini sürətləndirməlidir

Azərbaycana gələn xarici turistlərin böyük hissəsinin məhdud sayda ölkələrin payına düşməsi turizm sektoru üçün müəyyən risklər yaradır. Hazırda ölkəyə gələn turistlərin 66 %-i cəmi 3-4 əsas bazardan gəlir.

BBN.az xəbər verir ki, bunu Dünya Bankının Özəl Sektor üzrə baş mütəxəssisi Sean Mann Bakıda keçirilən “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, turist axınının bir neçə bazardan asılı olması həmin ölkələrdə baş verə biləcək iqtisadi və siyasi dəyişikliklərin Azərbaycanda turizm tələbinə birbaşa təsir göstərməsi riskini artırır.

Ş.Mann bildirib ki, 2017–2025-ci illər ərzində Azərbaycanın turizm bazarında mühüm dəyişikliklər baş verib. Bu dövrdə Hindistan, Səudiyyə Ərəbistanı, İsrail, Çin, Pakistan və Türkiyədən gələn turistlərin sayı artıb. Eyni zamanda, ənənəvi turizm bazarları hesab edilən Rusiya, Gürcüstan, İran və Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayında azalma qeydə alınıb.

Dünya Bankının nümayəndəsinin fikrincə, bu dəyişikliklər qismən hava nəqliyyatı əlaqələrinin genişlənməsi və viza rejimində aparılan islahatlarla əlaqədardır. Bununla yanaşı, proses qlobal turizm bazarındakı struktur transformasiyalarını da əks etdirir.

Ş.Mann qeyd edib ki, Azərbaycanın yeni bazarlardan daha çox turist cəlb etməsi üçün həmin ölkələrin tələblərinə və gözləntilərinə uyğun turizm məhsulları formalaşdırması vacibdir. Onun sözlərinə görə, bu yanaşma həm turizm sektorunun dayanıqlığını artıracaq, həm də ölkənin turizm bazarlarının daha geniş şəkildə şaxələndirilməsinə imkan verəcək.

Related posts

Azərbaycanda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 15 % artıb

Dünya Bankı Azərbaycanda turizmin inkişafı üçün yol xəritəsi açıqlayıb

AMB: İlin sonunadək neft gəlirləri əlavə 5,5 milyard dollar artacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı