4
İllik inflyasiya yüksəlsə də, hədəf diapazonu (4±2%) daxilində olub.
Belə ki, 2024-cü ilin avqust ayında 12 aylıq inflyasiya 3.5%, ərzaq malları üzrə inflyasiya 3%, qeyri-ərzaq malları üzrə 1.8%, xidmətlər üzrə 5.6% təşkil edib. İllik baza inflyasiya isə 2.4% olub.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.
İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Bu dövrdə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 8 ayında 2.8%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.