Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB innovativ maliyyə məhsullarının sınağı üçün yeni “sandbox” müraciətlərini qəbul edəcək - BBN

AMB innovativ maliyyə məhsullarının sınağı üçün yeni “sandbox” müraciətlərini qəbul edəcək

Azərbaycan Mərkəzi Bankı xüsusi tənzimləmə rejimi (“sandbox”) çərçivəsində innovativ maliyyə məhsullarının sınağı üçün yeni müraciət dövrünü elan edib.

Məlumata görə, müraciətlərin qəbulu 25 iyun 2026-cı il tarixində başlayacaq və 25 avqust 2026-cı il tarixinədək davam edəcək.

Bildirilib ki, 2024–2026-cı illəri əhatə edən Maliyyə sektorunun inkişaf Strategiyası çərçivəsində həyata keçirilən xüsusi tənzimləmə rejimi innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsinə imkan yaradır.

Qeyd olunub ki, xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsullarının sınağı Mərkəzi Bank ilə bağlanacaq müqavilə əsasında həyata keçiriləcək.

AMB həmçinin vurğulayıb ki, əvvəlki qəbul mərhələlərində seçilmiş innovativ məhsullar üzrə sınaq layihələrinin icrası hazırda davam edir. Həmin layihələr ödəniş xidmətləri, kapital bazarları və virtual aktivlərlə bağlı innovativ maliyyə həllərini əhatə edir.

Xüsusi tənzimləmə rejimində iştirak etmək istəyən şəxslər “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydaları”nın 4.2-ci bəndində nəzərdə tutulan sənəd və məlumatları müraciətlərin qəbulu başladıqdan sonra AMB-nin xüsusi sandbox platforması vasitəsilə təqdim edə biləcəklər.

Related posts

“PAŞA Bank”ın Müşahidə Şurasının sədri dəyişib

Milli Məclis “Maliyyə icarəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib

ING 2026-cı il üzrə Brent nefti proqnozunu artırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı