1

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gündən etibarən İran rialının manata qarşı rəsmi məzənnəsini açıqlamayacaq.
Qərara əsas səbəb kimi rial üzrə ənənəvi istinad mənbələrindən məlumat əldə edilməsinin mümkünsüzlüyü, alternativ mənbələrin isə məhdud və etibarsız olması göstərilir.
AMB qeyd edir ki, analoji səbəblərdən əksər xarici mərkəzi banklar da İran rialı üzrə rəsmi məzənnə dərc etmirlər.






