Home » AMB istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb

AMB istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb

by Zeyneb
0 comments 5 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı il yanvarın 1-nə ölkədə istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb.

BBN.az AMB-yə istinadən xəbər verir ki, hesabat tarixinə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcələri aşağıdakı kimi olub:

  • Kredit kartları vasitəsilə verilən kreditlər üzrə – 26%

  • Məişət avadanlıqlarının alınması üzrə – 26%

  • Yaşayış sahəsinin təmiri üzrə – 18%

  • Avtomobil kreditləri üzrə – 13%

  • Digər istehlak kreditləri üzrə – 22%

Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz dərəcələrində artım qeydə alınıb. Belə ki, məişət avadanlıqları üzrə kreditlər 1 faiz bəndi, yaşayış sahəsinin təmiri üzrə kreditlər 2 faiz bəndi, avtomobil kreditləri 3 faiz bəndi, digər istehlak kreditləri isə 2 faiz bəndi artıb.

Məlumata görə, hesabat tarixinə dövlət banklarının kredit qoyuluşları 7 milyard 867,3 milyon manat, özəl bankların kredit qoyuluşları 22 milyard 195,7 milyon manat, qeyri-bank kredit təşkilatlarının kredit portfeli isə 1 milyard 883,7 milyon manat təşkil edib.

Ümumilikdə bank sektorunun kredit portfelinin həcmi 30 milyard 63 milyon manata çatıb. Bunun 16 milyard 106,3 milyon manatı biznes kreditlərinin, 9 milyard 354,2 milyon manatı istehlak kreditlərinin, 4 milyard 602,5 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.