Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB: Kənd təsərrüfatına ayrılan kreditlər 2,1 milyard manata çatıb - BBN

AMB: Kənd təsərrüfatına ayrılan kreditlər 2,1 milyard manata çatıb

Azərbaycanda bank sektorunun kənd təsərrüfatı sahəsinə yönəltdiyi kreditlərin ümumi həcmi 2,1 milyard manat təşkil edib.

Bu barədə Toğrul Əliyev Bakıda Caspian Agro Week çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı məlumat verib.

Azərbaycan Mərkəzi Bankı sədr müavininin sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 % artıb.

O bildirib ki, kənd təsərrüfatı sektoru tikinti və nəqliyyat sahələri ilə yanaşı bankların biznes kredit portfelinin əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir və bu, müsbət tendensiya hesab olunur.

Toğrul Əliyev qeyd edib ki, bankların aqrar kredit portfelinin 82 %-i kredit təşkilatlarının öz resursları hesabına formalaşdırılmış kreditlərdən ibarətdir. Qalan 18 % isə dövlət fondları vasitəsilə maliyyələşdirilib.

Onun sözlərinə görə, Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilmiş kənd təsərrüfatı kreditlərinin həcmi artıq 66 milyon manatı keçib.

Bununla yanaşı, Azərbaycan Biznesin İnkişafı Fondu xətti ilə ayrılan kreditlərin təxminən 40 %-i aqrar sahəyə yönəldilib.

T. Əliyev əlavə edib ki, Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə lizinq şirkətləri vasitəsilə kənd təsərrüfatı və sahibkarlıq subyektlərinə təqdim olunan maliyyə icarəsi əməliyyatlarının ümumi dəyəri 126 milyon manata yaxın olub.

Related posts

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Agentlikdə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

BP rəsmisi: Maliyyə cinayətləri ilə mübarizədə əsas rol insan faktoruna məxsusdur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı