Azərbaycan Mərkəzi Bankı (AMB) “Paşa Bank” ASC-nin bir vəzifəli şəxsini 1 500 manat məbləğində cərimə edib.
BBN.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilir ki, Mərkəzi Bankın cari nəzarət prosesləri zamanı “Banklar haqqında” Qanunun 35.4-cü maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulduğu aşkar edilib. Bu səbəbdən, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq “Paşa Bank” ASC-nin vəzifəli şəxsi cərimələnib.
Eyni zamanda, Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank BTB” ASC-nin bir vəzifəli şəxsinə 2 000 manat məbləğində cərimə tətbiq edib.
Bildirilir ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri nəticəsində “Banklar haqqında” Qanunun 35.4-cü maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq “Bank BTB”nin bir vəzifəli şəxsi cərimələnib.