3

Azərbaycan Mərkəzi Bankı (AMB) Milli Kredit Reytinq Mexanizmini tərtib edib.
Bu barədə AMB-nin Bank Fəaliyyətinə Nəzarət Departamentinin direktor müavini Müşviq Kərimov Bakıda keçirilən “Gömrük–Biznes Forumu 2025: Dialoq və Etimad” tədbirində məlumat verib.
Onun sözlərinə görə, yeni mexanizm beynəlxalq reytinq agentliklərinin tətbiq etdiyi modelə bənzər şəkildə işləyir və sektorda şəffaflığı artırır:
“Bu mexanizm nəticə etibarilə kredit risklərinin azalmasına və bunun fonunda illik faiz dərəcələrinin aşağı düşməsinə səbəb olur”.





