Home » AMB milli pul nişanlarının dəyişdirilməsi prosedurunda yenilik edib

AMB milli pul nişanlarının dəyişdirilməsi prosedurunda yenilik edib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Bakı, 16 fevral 2026 — Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə xidmətin təkmilləşdirilməsi məqsədilə milli pul nişanlarının dəyişdirilməsi prosedurunda dəyişiklik edib. Bu barədə “BBN.az ” AMB-yə istinadən xəbər verir.

Məlumata görə, 2 mart 2026-cı il tarixindən etibarən milli pul nişanlarının dəyişdirilməsi xidməti “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapitalbank” ASC-nin ölkə üzrə filial və şöbələrində ödənişsiz həyata keçiriləcək.

Eyni zamanda, həmin tarixdən AMB-nin Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən “Nağd pul ofisi”nin fəaliyyəti dayandırılacaq.

Qeyd olunub ki, yubiley və xatirə pul nişanlarının satışı, eləcə də Mərkəzi Bankın onlayn satış sistemi vasitəsilə alınmış pul nişanlarının təhvili 2 martdan etibarən Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binada həyata keçiriləcək. Təslim prosesi həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 12:00-dək aparılacaq.

Mərkəzi Bank əlavə edib ki, investisiya pul nişanlarının satışı və geri alışı əvvəlki qaydada satış agentləri – “Bank of Baku” ASC və “TuranBank” ASC vasitəsilə davam etdiriləcək.

Xatırladılıb ki, milli pul nişanlarının dəyişdirilməsi üçün Mərkəzi Bankın ərazi idarələrinə, ölkədə fəaliyyət göstərən banklara, xarici bankların yerli filiallarına və poçt rabitəsinin milli operatoruna da müraciət etmək mümkündür.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.