3
“Əhali arasında sığorta sektoruna maraq artmağa başlayıb. Belə ki, 2023-cü ilin 11 ayında sektor 27% böyüyüb. Sığorta olunan predmentlərin sayı isə 5 milyonu ötüb. Və bu artım dinamikası isə davam edir”.
BBN.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın baş direktoru Ziya Əliyev Real TV-yə müsahibəsində bildirib.
Baş direktor qeyd edib ki, sığorta sektoru güclənir və onların təklif etdikləri xidmətlərin sayı isə çoxalır.