Home » AMB-nin baş direktoru: Kapital bazarlarının inkişafı prioritet olaraq qalır

AMB-nin baş direktoru: Kapital bazarlarının inkişafı prioritet olaraq qalır

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) istiqraz emissiyasına bazarda pul transmissiyasının daha yaxşı işləməsi kimi baxır.

Bu barədə AMB-nin baş direktoru Tərlan Rəsulov istiqrazların yerləşdirilməsi ilə bağlı keçirilən “Açılış zəngi” tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu emissiya investorlar üçün şəffaflığın artırılması və faiz dərəcələrinin daha effektiv idarə edilməsinə şərait yaradır:
“Bütövlükdə AMB olaraq kapital bazarlarında genişmiqyaslı islahatlar davam edir. Bununla bağlı məsələlər 2030-cu il strategiyasında da öz əksini tapacaq. AMB üçün kapital bazarlarının inkişafı prioritet olaraq qalır. EBRD-nin istiqraz emissiyası təkcə maliyyə bazarlarına deyil, həm də Azərbaycan iqtisadiyyatına inamın göstəricisidir, bizim üçün təcrübədir, beynəlxalq standartlara uyğunluqdur”.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.