10 və 11 iyul 2024-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti (gün) | ISIN | Hərrac tarixi | Hərraca çıxarılan məbləğ (manat) |
Nomi nal | Miqdar | Notun ödəniş tarixi |
28 | AZ2283024704 | 10.07.2024 | 30.000.000 | 100.000 | 300 | 07.08.2024 |
84 | AZ2284024703 | 11.07.2024 | 30.000.000 | 100.000 | 300 | 03.10.2024 |
168 | AZ2285024702 | 10.07.2024 | 20.000.000 | 100.000 | 200 | 25.12.2024 |
252 | AZ2286024701 | 11.07.2024 | 20.000.000 | 100.000 | 200 | 20.03.2025 |
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.