Home » AMB-nin sədr müavini: QR ödənişlərin sərfəli olması üçün assosiasiyalarla sıx iş aparırıq

AMB-nin sədr müavini: QR ödənişlərin sərfəli olması üçün assosiasiyalarla sıx iş aparırıq

by Zeyneb
0 comments 3 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) QR ödənişlərin xüsusilə kiçik sahibkarlar üçün daha əlçatan və sərfəli olması istiqamətində assosiasiyalarla sıx iş aparır. Bunu  AMB-nin sədr müavini Vüsal Xəlilov bildirib.

Onun sözlərinə görə, regionlarda dövriyyəsi aşağı olan sahibkarlıq subyektləri üçün QR ödənişlər daha aşağı xərcli alternativ kimi çıxış edə bilər. Bu məqsədlə Mərkəzi Bank həm maliyyə sektorunda, həm də qeyri-maliyyə sahəsində fəaliyyət göstərən assosiasiyalarla əməkdaşlıq edir.

V.Xəlilov qeyd edib ki, QR ödənişlərin tətbiqi ümumilikdə sahibkarların xərc yükünü azalda bilər, lakin hazırda dəqiq rəqəm açıqlamaq mümkün deyil, çünki araşdırmalar davam edir.

Rəsmiyə görə, QR ödənişlərin genişləndirilməsi ölkədə nağdsız ödənişlərin payını artıracaq və ümumi ödəniş ekosisteminin inkişafına müsbət təsir göstərəcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.