Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının həcmi artmaqda davam edir.
Bu il avqustun 1-nə AMB-nin valyuta ehtiyatları 13 milyard 767,9 milyon ABŞ dolları təşkil edib.
Bu göstərici iyulun 1-i ilə müqayisədə 4,6 % artım deməkdir.
Məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 19,6 %, son bir ildə isə 23 % artıb.