Bu il avqustun 1-nə Azərbaycanda pul bazasının həcmi 23 milyard 942,6 milyon manat təşkil edib.
Bu göstərici iyulun 1-i ilə müqayisədə 1,8 % azalıb.
Bununla yanaşı, pul bazasında illik və ilin əvvəlindən etibarən artım qeydə alınıb. Belə ki, ölkədə pul bazası ilin əvvəli ilə müqayisədə 6,55 %, son bir ildə isə 12,7 % artıb.