Home » AMB növbəti 2 ay ərzində xarici valyuta ehtiyatlarını satılmış vəsait həcmində tam bərpa edəcəyi proqnozlaşdırır

AMB növbəti 2 ay ərzində xarici valyuta ehtiyatlarını satılmış vəsait həcmində tam bərpa edəcəyi proqnozlaşdırır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Ölkədə dayanıqlı makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması və gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə Mərkəzi Bank tərəfindən bir sıra mühüm tənzimləyici tədbirlər icra edilmiş, o cümlədən Hökumət və bankın idarəetmə orqanları ilə birlikdə Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və onun institusional fəaliyyətinin müasir standartlara uyğunlaşdırılması üzrə yüksək nailiyyətlər əldə olunmuşdur. Əldə edilmiş nəticələrin dayanıqlığının təmin olunması, bankın sabitliyinin daha da gücləndirilməsi və ötən dövrdən qalan valyuta mövqeyinin tənzimlənməsi məqsədilə Mərkəzi Bankın xarici valyuta ehtiyatlarından istifadə etməklə banka 236 mln. ABŞ dolları həcmində vəsait satılmışdır.

Məlumat üçün qeyd edək ki, cari ildə Mərkəzi Bankın xarici valyuta ehtiyatları valyuta bazarında tarazlığı dəstəkləmək məqsədilə alışlar hesabına xalis olaraq 297 mln. ABŞ dolları həcmində artmışdır.

İlin ötən dövrü ərzində valyuta bazarında tələbin aşağı olması nəzərə alınmaqla növbəti 2 ay ərzində Mərkəzi Bankın xarici valyuta ehtiyatlarını satılmış vəsait həcmində tam bərpa edəcəyi proqnozlaşdırılır. Bundan əlavə, 2022-ci ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 23-25% intervalında profisitin olacağı proqnozlaşdırılır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.