Home » AMB nümayəndəsi İtaliya şirkətləri ilə rəqəmsal ödənişlər sahəsində əməkdaşlığı müzakirə edib

AMB nümayəndəsi İtaliya şirkətləri ilə rəqəmsal ödənişlər sahəsində əməkdaşlığı müzakirə edib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı-nın (AMB) sədr müavini Vüsal Xəlilov İtaliyanın “Numia” və “Bancomat” şirkətlərinin nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı rəqəmsal maliyyə xidmətləri və ödəniş texnologiyaları sahəsində əməkdaşlıq imkanları, innovativ ödəniş həllərinin tətbiqi, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi məsələləri müzakirə olunub.

Görüş Azərbaycan Dövlət Neft Fondu ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO)-nun təşkilatçılığı, “Fondo Strategico Italiano (FSI)” şirkətinin təşəbbüsü ilə İtaliyanın biznes sektorunun nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub.

Səfər çərçivəsində “Azərbaycan–İtaliya biznes və investisiya əlaqələri” mövzusunda tədbir də keçirilib. Tədbirdə iki ölkə arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, prioritet sektorlar üzrə investisiya imkanları, əlverişli biznes mühiti və institusional əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.