Home » AMB nümayəndələri Almatıda mərkəzi bank kommunikasiyasına dair regional tədbirdə iştirak edib

AMB nümayəndələri Almatıda mərkəzi bank kommunikasiyasına dair regional tədbirdə iştirak edib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində keçirilən “Mərkəzi bankın etibarlılığı və siyasət effektivliyi üçün kommunikasiya” mövzusunda regional tədbirdə iştirak edib.

Bu barədə AMB məlumat yayıb.

Məlumata görə, Beynəlxalq Valyuta Fondunun (IMF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Texniki Yardım Mərkəzi ilə Cənubi Asiya Regional Təlim və Texniki Yardım Mərkəzinin birgə təşkil etdiyi tədbirdə region ölkələrinin mərkəzi bank nümayəndələri, kommunikasiya üzrə ekspertlər və beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak ediblər.

Dörd gün davam edən tədbir çərçivəsində mərkəzi bank kommunikasiyasının müasir çağırışları, ictimai etimadın gücləndirilməsi və monetar siyasət üzrə məlumatlılığın artırılmasında kommunikasiya alətlərinin rolu müzakirə olunub.

Tədbirin “Mərkəzi bank kommunikasiyası: ölkə təcrübələri” adlı interaktiv sessiyasında AMB-nin departament direktoru Tural İsmayılov qurumun kommunikasiya sahəsindəki təcrübəsini iştirakçılarla bölüşüb. O, AMB-nin kommunikasiya strategiyası, monetar siyasət qərarlarının ictimaiyyətə çatdırılması və institusional şəffaflığın artırılması istiqamətində həyata keçirilən təşəbbüslər barədə təqdimat edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.