Home » AMB pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək pauza götürülməsini bəyan etdi

AMB pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək pauza götürülməsini bəyan etdi

by anar
0 rəy 0 baxış 0 dəqiqə oxuma

Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcəkdir.

BBN.az AMB-nın pul siyasəti ilə bağlı qərarına istinadən xəbər verir ki, tənzimləyici qurum bundan sonra da inflyasiya amillərinin dərin təhlilini davam etdirəcək, monetar şərait vasitəsilə inflyasiyanı hədəf çərçivəsinə qaytarmaq üçün sərəncamındakı bütün alətlərdən adekvat istifadə edəcəkdir. İnflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək pauza götürülməsi, sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcəkdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.