Home » AMB sədri Taleh Kazımov Türkiyəli həmkarı ilə görüş keçirib

AMB sədri Taleh Kazımov Türkiyəli həmkarı ilə görüş keçirib

by anar
0 comments 2 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Türkiyəli həmkarı ilə görüş keçirib.

BBN.az xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov “X” sosial şəbəkəsi hesabında yazıb.

“İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı – İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi (OIC-COMCEC) Mərkəzi Banklarının 7-ci Forumunda iştirak zamanı Türkiyə Mərkəzi Bankının sədri cənab Fatih Karahanla görüşməkdən məmnunluq duyduq.

Görüş zamanı qlobal və regional iqtisadi trendlər, maliyyə sabitliyi, həmçinin pul-kredit siyasəti barədə geniş fikir mübadiləsi apardıq. Qardaş ölkələrimiz arasında mövcud sosial-iqtisadi əlaqələrin səviyyəsindən məmnunluğumuzu ifadə etdik. Eyni zamanda, qurumlarımız arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini bir daha vurğuladıq. Forumun təşkilatçılığı və ikitərəfli görüş üçün cənab Fatih Karahana təşəkkür edir, fəaliyyətində uğurlar arzulayırıq”, – T.Kazımov qeyd edib. 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.