0
Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankının (DB) Əməliyyatlar üzrə icraçı direktoru Anna Byerde ilə görüşüb.
Görüş zamanı DB-nin ölkəmizə potensial dəstək imkanları, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələr və yeni fəaliyyət istiqamətləri müzakirə olunub.
Həmçinin COP29 gündəliyində olan mühüm məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.