Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB: Sığorta ənənəsi zəif olan ölkələrdə icbari modelə üstünlük verilir - BBN

AMB: Sığorta ənənəsi zəif olan ölkələrdə icbari modelə üstünlük verilir

Sığorta ənənələrinin zəif formalaşdığı ölkələrdə risklərin effektiv idarə olunması məqsədilə daha çox icbari sığorta modelindən istifadə olunur.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən “Əmlak sığortası və risklərin qorunması: evlərin və bizneslərin təhlükəsizliyinin təmin edilməsi” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, sığorta bazarında tətbiq olunan icbari sığorta növlərinin əsasında könüllü sığorta məhsulları dayanır. Vüsal Qurbanov qeyd edib ki, hər hansı sığorta növü icbari xarakter almamışdan əvvəl onun təminatları, sığorta haqları və digər şərtləri sığorta prinsipləri əsasında formalaşdırılır.

AMB rəsmisi bildirib ki, elektron cihazların sığortasında əsas diqqət yanğın riskindən daha çox cihazın daxili nasazlıqları və elektron zədələnmələrə yönəldilir. Eyni yanaşma avadanlıq və istehsal dəzgahlarının sığortasında da tətbiq olunur. Bu zaman sığorta təminatı əsasən avadanlığın işləmə mexanizmində, hissələrində və digər komponentlərində yaranan nasazlıqlar nəticəsində dəyən zərərləri əhatə edir.

V.Qurbanov vurğulayıb ki, daşınmaz əmlakın sığortası isə digər sığorta növlərindən fərqlənir. Onun sözlərinə görə, beynəlxalq təcrübədə bu sahə əsasən iri təbii fəlakətlər və digər genişmiqyaslı hadisələrdən sonra təkmilləşdirilib.

O qeyd edib ki, dövlətlər bu cür hadisələrin həm vətəndaşlar, həm də dövlət büdcəsi üçün yaratdığı maliyyə yükünü azaltmaq məqsədilə daşınmaz əmlakın sığortasını icbari edib.

“Risklərin idarə olunması mexanizmi olan sığorta sistemi vasitəsilə risklər sığorta şirkətlərinə ötürülür. Sığorta ənənələrinin zəif olduğu cəmiyyətlərdə bu mexanizmin geniş tətbiqini təmin etmək üçün dövlətlər daha çox icbari sığorta modelinə üstünlük verirlər. Azərbaycanda da daşınmaz əmlakın sığortasının icbari xarakter daşıması məhz bununla bağlıdır”, – deyə Vüsal Qurbanov əlavə edib.

Related posts

Sahil Babayev: Debitor borclar məsələsinə kompleks yanaşmaq lazımdır

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrasını təsdiqləyib

Sahil Babayev: 2025-ci il dövlət büdcəsinin icrası maliyyə sabitliyini təmin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı