Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sahil Babayev: Qeyri-neft sektoru ÜDM-in 71,5%-ni formalaşdırıb - BBN

Sahil Babayev: Qeyri-neft sektoru ÜDM-in 71,5%-ni formalaşdırıb

2025-ci ildə Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsulun (ÜDM) dəyəri 92,3 milyard manat təşkil edib və bu göstərici ölkə üzrə ümumi ÜDM-in 71,5%-nə bərabər olub.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, son illər həyata keçirilən ardıcıl islahatlar qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradıb. O qeyd edib ki, 2025-ci ildə qeyri-neft-qaz sektoru 2024-cü illə müqayisədə real ifadədə 2,7% artım nümayiş etdirib.

S.Babayev bildirib ki, 2025-ci ildə icmal büdcədə qeyri-neft-qaz gəlirlərinin payı 55,2%-ə, qeyri-neft-qaz vergilərinin payı isə 25%-ə yüksəlib. Bu göstəricilər əvvəlki illə müqayisədə müvafiq olaraq 2,8 faiz bəndi və 2 faiz bəndi artıb.

Onun sözlərinə görə, dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin ümumi daxilolmalardakı xüsusi çəkisi son beş ildə 43,3%-dən 52%-ə yüksəlib. 2026-cı ilin dövlət büdcəsində isə bu göstəricinin 57,4%-ə çatdırılması nəzərdə tutulur.

Nazir əlavə edib ki, hesabat dövründə cari xərclərin qeyri-neft-qaz gəlirləri hesabına ödənilməsi səviyyəsi 92% təşkil edib. Bu, proqnoz göstəricisindən 7,5 faiz bəndi, 2024-cü ilin nəticəsindən isə 0,2 faiz bəndi yüksəkdir.

Sahil Babayev vurğulayıb ki, ortamüddətli dövrün sonuna, yəni 2029-cu ilədək cari xərclərin qeyri-neft-qaz gəlirləri hesabına tam, yəni 100% səviyyəsində qarşılanması hədəflənir.

Nazirin sözlərinə görə, bu göstəricilərin dinamikası dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması və qeyri-neft-qaz sektorunun inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu göstərir. O qeyd edib ki, qeyri-neft-qaz gəlirlərinin artırılması və gəlir mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Related posts

Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26- ya qeydiyyatı açıq elan edir

Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb

Azərbaycanda 1,3 milyard manat sosial ödəniş həyata keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı