Home » AMB sədri “Azərbaycan Beynəlxalq Sığorta Forumu”nda çıxış edib – Foto + Video

AMB sədri “Azərbaycan Beynəlxalq Sığorta Forumu”nda çıxış edib – Foto + Video

by ulviyya
0 rəy 7 baxış 1 dəqiqə oxuma

“Azərbaycanın sığorta bazarının böyüməsinə baxmayaraq inkişaf potensialı yüksəkdir”.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün Bakıda keçirilən “Azərbaycan Beynəlxalq Sığorta Forumu”nda deyib.

O, bildirib ki, Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub və burada maliyyə, o cümlədən sığorta sektorunun rolu böyükdür:

“Son 3 ildə sığorta sektorunun aktivləri 34,2%, balans kapitalı isə 7,7% artıb. Bu dövrdə ölkədə sığorta haqları 67,8% artaraq 1,22 milyard manata, sığorta ödənişləri isə 26,3% artaraq 587 milyon manata çatıb”, – deyə Taleh Kazımov əlavə edib.

Onun sözlərinə əsasən dünyada baş verən təbii fəlakətlər, həm əhali, həm biznes, həm də dövlətlər üçün ciddi maliyyə itkilərinə səbəb olur:

“Belə bir dövrdə ekoloji-sosial və idarəetmə amillərinin rolu artır. Bu səbəbdən Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan milli prioritetlərin reallaşdırılmasına töhfə vermək, eləcə də dayanıqlı maliyyə axınlarını təmin etmək məqsədi ilə AMB “2023-2026-cı illər üzrə Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi”ni təsdiqləyib. Bu sənəddə dayanıqlı maliyyə sistemləri və onun sabitliyini təmin edilməsi öz əksini tapıb”, – deyə o qeyd edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.