Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun başçılıq etdiyi nümayəndə heyəti Mərakeş Krallığına işgüzar səfəri zamanı Mastercard-ın Şərqi Avropa regionu üzrə rəhbəri Yasemin Bedir ilə görüşmüşdür.
Görüş zamanı Mərkəzi Bank və Mastercard arasında əməkdaşlığın cari vəziyyəti, rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən KOS-ların rəqəmsallaşmasına dəstək məsələləri müzakirə edilmişdir.
Eyni zamanda bankdan bildirilib ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 13-də Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantıları (2023) zamanı UBS Asset Management şirkətinin prezidenti Suni Harford ilə görüşmüşdür. Görüş zamanı əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair müzakirələr aparılmışdır.
Qeyd edək ki, 12-14 oktyabr 2023-cü il tarixlərində Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına işgüzar səfəri başlayıb.
Səfər çərçivəsində Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) Marrakeş şəhərində keçirilən İllik Toplantılarının plenar iclaslarında və Azərbaycanın daxil olduğu Seçki Qrupunun tədbirində iştirak edəcək.