Home » AMB: Uçot dərəcəsi son 4 ilin minimum səviyyəsindədir

AMB: Uçot dərəcəsi son 4 ilin minimum səviyyəsindədir

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycanda uçot dərəcəsi son 4 ilin minimum səviyyəsindədirneytral faiz dərəcəsinə yaxındır.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Qurum bildirib ki, 2025-ci ildə pul siyasəti üzrə qərarlar makroiqtisadi proqnozlar, inflyasiyanın risk amillərində baş verən dəyişikliklər, valyuta bazarındakı vəziyyət və xarici ölkələrdə faiz dərəcələrinin azaldılması ilə bağlı gözləntilər nəzərə alınmaqla qəbul edilib.

Məlumata görə, il ərzində faiz dəhlizinin parametrləri əvvəlcədən müəyyən olunmuş qrafik üzrə 8 dəfə müzakirə edilib. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin pul siyasətinə həsr olunmuş 6 iclasında uçot dərəcəsinin sabit saxlanılması, 2 iclasında isə azaldılması barədə qərar qəbul olunub.

Nəticədə, cari il ərzində pul siyasəti yumşaldılıb. Belə ki:

  • Uçot dərəcəsi 7,25 %-dən 6,75 %-ə,

  • Faiz dəhlizinin yuxarı həddi 8,25 %-dən 7,75 %-ə,

  • Faiz dəhlizinin aşağı həddi isə 6,25 %-dən 5,75 %-ə endirilib.

AMB qeyd edib ki, mövcud faiz səviyyələri iqtisadi aktivliyin dəstəklənməsi və qiymət sabitliyinin qorunması baxımından neytral səviyyəyə yaxın hesab olunur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.