
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Gülər Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyaya işgüzar səfər edib.
Səfər çərçivəsində Gülər Paşayeva ilə Malayziya Mərkəzi Bankının (BNM) sədr müavini Adnan Zaylani arasında görüş keçirilib. Tərəflər əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Azərbaycan nümayəndə heyəti həmçinin BNM tərəfindən təşkil olunan “Risk dialoqu” tədbirində iştirak edib. Tədbirdə AMB-nin Risklərin idarə edilməsi departamentinin direktoru Məhəmməd Məhərrəmli “Mərkəzi bankların risklərin idarə edilməsi təcrübələri və risk yetkinliyi” mövzusunda təqdimatla çıxış edib. O, mərkəzi banklarda risk idarəçiliyinin inkişaf dinamikası və qabaqcıl yanaşmalar barədə məlumat verib.






