
Azərbaycan Mərkəzi Bankı (AMB) virtual aktivlərin tənzimlənməsi və inkişafı istiqamətində geniş planlar üzərində çalışır.
Bunu AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Baku Fintech Forum 2025 çərçivəsində keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, virtual aktivlərin tənzimlənməsi ilə bağlı qanun layihəsinin hazırlanması qurumun əsas prioritetlərindəndir:
“Bildiyiniz kimi, virtual aktivlərin tənzimlənməsi ilə bağlı qanun layihəsi hazırlanır. Bu, AMB-nin prioritetlərindən biridir. Ümumilikdə bazarla daha sıx əməkdaşlıq etməyi planlaşdırırıq. Növbəti il yeni strateji dövrə hazırlıq başlayacaq. Bir-iki istiqamət var ki, onları prioritet kimi görürük. Virtual aktivlərlə bağlı işlər təkcə qanun layihəsinin hazırlanması ilə bitmir. Bunun həyata keçirilməsi ilə bağlı çoxsaylı planlarımız var”.
Qurumun rəsmisi əlavə edib ki, AMB bu istiqamətdə bazar iştirakçıları ilə əməkdaşlığı gücləndirərək yeni tənzimləyici çərçivələrin tətbiqinə hazırlaşır.
Mənbə: Report.az




