Home » AMB və Malayziya Mərkəzi Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

AMB və Malayziya Mərkəzi Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

by Zeyneb
0 comments 0 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Gülər Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyaya işgüzar səfər edib.

Səfər çərçivəsində Gülər Paşayeva ilə Malayziya Mərkəzi Bankının (BNM) sədr müavini Adnan Zaylani arasında görüş keçirilib. Tərəflər əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Azərbaycan nümayəndə heyəti həmçinin BNM tərəfindən təşkil olunan “Risk dialoqu” tədbirində iştirak edib. Tədbirdə AMB-nin Risklərin idarə edilməsi departamentinin direktoru Məhəmməd Məhərrəmli “Mərkəzi bankların risklərin idarə edilməsi təcrübələri və risk yetkinliyi” mövzusunda təqdimatla çıxış edib. O, mərkəzi banklarda risk idarəçiliyinin inkişaf dinamikası və qabaqcıl yanaşmalar barədə məlumat verib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.