Home » AMB və “Visa” sərhədlərarası köçürmələrin təhlükəsizliyinin artırılmasını müzakirə ediblər

AMB və “Visa” sərhədlərarası köçürmələrin təhlükəsizliyinin artırılmasını müzakirə ediblər

by yunus
0 comments 0 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) və “Visa” beynəlxalq kart təşkilatı arasında sərhədlərarası köçürmələrin təhlükəsizliyinin artırılması müzakirə edilib.

BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Taleh Kazımov “Visa”nın baş vitse-prezidenti, MDB və Cənubi və Şərqi Avropa regionu üzrə meneceri Kristina Doros ilə görüş keçirib. Görüş zamanı ödənişlər sahəsində son tənzimləyici dəyişikliklər, fırıldaqçılıq hallarının önlənməsi, eləcə də ödəniş sistemlərinin və sərhədlərarası köçürmələrin təhlükəsizliyinin artırılması istiqamətində müasir yanaşmaların tətbiqi məsələləri müzakirə olunub, həmçinin ölkəmizdə ödəniş infrastrukturunun modernləşdirilməsi, rəqəmsal ödəniş ekosisteminin inkişafı və innovativ həllərin tətbiqi istiqamətində həyata keçirilən təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.