Home » AMB: “Əmanət portfelinin yarıdan çoxu müddətli əmanətlərdən ibarətdir”

AMB: “Əmanət portfelinin yarıdan çoxu müddətli əmanətlərdən ibarətdir”

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81.5%-i və ya 32,560.8 mln. manat). Depozit portfelinin 64.2%-ni (20,906.9 mln. manat) hüquqi şəxslərin depozitləri, 35.8%-ni (11,653.9 mln. manat) fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir. Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) əvvəlki ilin müvafiq dövrünə nəzərən 18.1% və ya 1,784.2 mln. manat artaraq 11,653.9 mln. manat olmuşdur”.

Bu haqda Azərbaycan Mərkəzi Bankının (AMB) fevral ayı statistik bülletenində bildirilib.

Qeyd edilib ki, əmanət portfelinin 54.4%-i (6,336.1 mln. manat) müddətli əmanətlərdən ibarətdir: “Hüquqi şəxslərin tələbli depozitləri 18,062.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 86.4%-ni təşkil etmişdir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması fevral ayında ilin əvvəlinə nəzərən 0.5 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 1.7 faiz bəndi azalaraq 38.7% təşkil etmişdir”.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.