İlk dəfədir ki, amerikalıların kredit kart borcları rekord yüksək rəqəmə təxminən 1 trilyon dollara çatıb.
BBN.az Yahoo Finance-yə istinadən xəbər verir ki, çərşənbə axşamı Nyu York-un Federal Rezerv Bankından açıqlanan rəqəmlərə əsasən ikinci rübdə bu rəqəm daha dəqiq 1.03 trilyon dollara çatıb. Bu rəqəm isə cari ilin I rübündəki göstəricidən 4.6% artıb, söhbət isə 986 milyard dollardan gedir.
Rəsmi tərəfindən açıqlanan məlumata əsasən son illər ərzində amerikalılar bir çox stressli hallar ilə rastlaşıblar. “Yüksək faiz dərəcələri, post-pandemiyadan sonra inflyasiya təzyiqi və sonuncu bank iflasları amerikalı müştərilər üzərində təzyiq yaradıb”.
Qeyd edək ki, açıqlanan məlumata əsasən II rübdə kredit kart hesablarının sayı 5.48 milyon artaraq 578.35 milyona çatıb. Əlavə edək ki, ABŞ-ın əhalisinin sayı 340 milyon nəfərdir.