Home » AMFA 16-cı illik Təltif Şam Ziyafəti keçirmişdir

AMFA 16-cı illik Təltif Şam Ziyafəti keçirmişdir

by anar
0 comment 11 views 2 minutes read

12 iyul 2024-cü il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) 16-cı İllik Təltif Şam Ziyafəti keçirildi. Yüksək səviyyədə təşkil olunmuş təltif mərasimində dövlət qurumlarının, səfirliklərin, bank və bank olmayan kredit təşkilatlarının,  sığorta şirkətlərinin, müxtəlif sektorları təmsil edən biznes assosiasiyaları və mikromaliyyə sektorunda xidmət göstərən yerli və beynəlxalq təşkilatların rəhbər heyəti olmaqla, 100-ə yaxın nümayəndə iştirak etdi. Tədbir eyni zamanda AMFA-nın təsis edilməsinin 23-cü il dönümünə həsr edilmişdi.

16-cı illik Təltif Şam Ziyafəti platinium partnyor ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank, mikromaliyyə sektorunda mikrobizneslərin inkişafını dəstəkləyən  qızıl partnyor FINCA Azerbaijan, gümüş partnyorlar Aqrarkredit, FİNOKO, sığorta bazarında fəal olan  Meqa sığorta və Meqa Həyat şirkətlərinin maliyyə dəstəyi  ilə həyata keçirilmişdir.

Tədbirin açılış hissəsində AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyev illər ərzində AMFA-nın ölkə iqtisadiyyatının inkişafı istiqamətində gördüyü işlərdən danışaraq, regionlarda icra olunan layihələrin mikrobizneslərin inkişafına müsbət təsirini xüsusilə qeyd etdi.

İllik Təltifin açılış mərasimində Azərbaycan Sahibkarlar Konfederasiyanının Prezidenti Məmməd Musayev, Mərkəzi Bankın şöbə müdiri  Xəyyam İsmayılov,  Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov, PAŞA Bankın Maliyyə İnstitutları şöbəsinin rəhbəri  Zahid Əfəndiyev çıxışlar edərək AMFA-nın fəaliyyəti və birgə əməkdaşlıqları barədə məlumat verdilər. Onlar, AMFA-nın ölkənin mikromaliyyə sektorunda oynadığı mühüm rolu, bu yolda addıqları addımların vacibliyi  və qarşıda duran yeni çağırışlar barədə danışdılar.

Tədbirin əsas məqsədi maliyyə qurumları və partnyor təşkilatlar arasında əlaqələri möhkəmləndirmək, sektorda qabaqcıl təşkilatların təcrübələrini bölüşmək, eyni zamanda, uğurlu və səmərəli fəaliyyəti ilə seçilən   qabaqcıl üzv təşkilatları mükafatlandırmaqla inkişaf edən müsbət təcrübələri təşviq etmək idi.

16-cı İllik Təltif Şam Ziyafətində AMFA-nın Mükafat Komitəsi tərəfindən mükafatla təltif olunmuş təşkilatlar aşağıdakılardır:

  1. Müştərilərinə Rəqəmsal Maliyyə xidmətlərinin göstərilməsində qabaqcıl mikromaliyyə təşkilatı
  • FINCA Azerbaijan
  1. Mikromaliyyə sənayesində şəffaf qiymət qoyuluşunu təşviq edən təşkilat
  • Viator Mikrokredit Azərbaycan
  1. Müştərilərini maarifləndirmədə qabaqcıl mikromaliyyə təşkilatı
  • FINCA Azerbaijan

AMFA-nın Müşahidə şurasının sədri Cəlal Əliyev  “Azərbaycan Mikromaliyyə Assosiasiyasının inkişafında və sektorun uğurlu təmsilçiliyində uzunmüddətli fəaliyyəti ərzində göstərdiyi yüksək xidmətlərinə görə”  və Regional Layihələr üzrə Rəhbəri Sevinc Rüstəmova isə “AMFA-da regional layihələrin uğurlu idarəedilməsində, özünəməşğul əhalinin maliyyə savadlılığının artırlmasında və mikrobizneslərin inkişafında  göstərdiyi yüksək xidmətlərinə görə” AMFA-nın Xüsusi Mükafatı ilə təltif edildilər.

Tədbir çərçivəsində iştirakçılar arasında dünyagörüşünə dair Viktorina keçirildi və qaliblərə AMFA-nın növbəti tədbiri olan “İşə qayıdış” piknikinə xüsusi dəvətnamələr və kitab-hədiyyə kuponları təqdim olundu. Tədbirin yekununda  bütün qonaqlarla xatirə fotosu çəkildi.

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.