Home » “Anthropic” ABŞ administrasiyasını məhkəməyə verib

“Anthropic” ABŞ administrasiyasını məhkəməyə verib

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ-ın süni intellekt şirkəti “Anthropic” ABŞ hökumətini məhkəməyə verib.

BBN.az xəbər verir ki, agentliyin məlumatına görə, şirkət nümayəndələri eyni vaxtda ABŞ Müdafiə Nazirliyi də daxil olmaqla bir neçə federal quruma qarşı həm ABŞ-ın Kaliforniya Ştatının Şimal Dairəsi üzrə Rayon Məhkəməsində, həm də Kolumbiya Dairəsi üzrə ABŞ Apelyasiya Məhkəməsində iddia qaldırıblar. Şirkət təqdim etdiyi sənədlərdə ABŞ hökumətinin qərarını “qanunsuz qisas kampaniyası” kimi qiymətləndirib.

Anthropic həmçinin bildirib ki, Ağ Ev bu qərarı qəbul edərkən lazımi prosedurları gözləməyib və səlahiyyət həddini aşıb. Bununla yanaşı, şirkət ABŞ administrasiyası ilə razılaşma əldə etmək üçün danışıqlara açıq olduğunu da vurğulayıb.

Xatırladaq ki, fevralın sonunda Vaşinqton administrasiyası “Anthropic” şirkətinin hazırladığı “Claude” modelini milli təhlükəsizlik üçün risk hesab edərək, onun texnologiyasının Pentaqon da daxil olmaqla bütün federal agentliklərdə istifadəsini qadağan etmişdi.

Qeyd olunur ki, Pentaqon əvvəllər şirkətlə sıx əməkdaşlıq edib və “Claude” modelindən istifadə edib. Müdafiə qurumu süni intellekt şirkətlərindən texnologiyalarının “bütün qanuni məqsədlər üçün” istifadəsinə icazə vermələrini tələb edir ki, bu da hərbi əməliyyatlar və kəşfiyyat fəaliyyəti kimi sahələri əhatə edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.