Apple tərəfindən edilən açıqlamada, Aİ-da “Rəqəmsal Bazarlar Qanunu”na uyğunlaşmaq üçün iOS, Safari və App Store-da bəzi dəyişikliklər edildiyi açıqlanıb.
BBN.az xəbər verir ki,dəyişikliklərə tətbiq ödənişlərinin emalı və iOS əməliyyat sistemi proqramlarının paylanması variantları və Apple-ın riskləri azaldan yeni müdafiə tədbirləri daxildir.
Açıqlamada iOS-da ödənişlərin işlənməsi və proqramların endirilməsi üçün yeni seçimlər zərərli proqramlar, fırıldaqçılıq və qeyri-qanuni və zərərli məzmun, digər məxfilik və təhlükəsizlik təhdidləri üçün yeni imkanlar aça biləcəyi də qeyd olunub.
Açıqlamada, yeni xüsusiyyətlərin 2024-cü ilin mart ayından etibarən 27 Aİ ölkəsində istifadəçilərə təqdim ediləcəyi bildirilib.