
Apple bu il Hindistanda istehsal olunan iPhone Pro və Pro Max modellərini təqdim etməyi planlaşdırır.
BBN.az bu barədə Bloomber Türkiyə’yə istinadən xəbər verir.
Mənbələr, şirkətin iPhone 16 Pro və Pro Max-ı qlobal təqdimata mümkün qədər tez istehsal etmək üçün tələsdiyini və buna görədə Tamil Nadu əyalətinin cənubundakı fabrikində minlərlə işçini öyrətməyə başladığını bildirib.
Apple, iPhone-ların böyük əksəriyyətini Çində istehsal edir, lakin Pekin və Vaşinqton arasındakı gərginliklə bağlı riskləri azaltmaq üçün tədricən ölkə xaricində fəaliyyət göstərməyə çalışır.
Bu səy Apple-ın 2024-cü ildə Hindistanda 14 milyard dollar dəyərində iPhone istehsal etməsi ilə nəticələndi.




