Home » Apple-ın Çində iPhone satışları 33 faiz azalıb

Apple-ın Çində iPhone satışları 33 faiz azalıb

by yunus
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının məlumatlarına görə, Çində iPhone satışları keçən ay 33 faiz azalıb. Ötən ay beynəlxalq brendlərin smartfon satışı cəmi 2,4 milyon olub. Azalmaya baxmayaraq, Apple beynəlxalq satışlarda ən böyük paya sahib idi.

BBN.az xəbər verir ki, Apple yanvar ayında Çində 5,5 milyon ədəd satıb.

ABŞ-ın texnologiya nəhənginin Çində premium smartfonlar sahəsində əsas rəqibi olan Huawei-nin son telefon modelləri Apple-ın bazar payının azalmasında təsirli olub. Apple-ın satışları bu ilin ilk 6 həftəsində 24 faiz azalıb.

Çində ümumi smartfon bazarı da fevral ayında təxminən üçdə bir azalıb. Bu vəziyyət istehlakçıların dəbdəbəli məhsulları istehlak etməkdən çəkindiyini göstərdi.

Analitiklər iPhone satışlarının azalmasının ilin qalan hissəsində də davam edəcəyini gözləyirlər. Jefferies-dən Edison Linin rəhbərlik etdiyi analitiklər iPhone satışlarının bu il 20 faizdən çox azalacağını və bazar itkilərinə səbəb olacağını gözləyirlər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.