Home » “Apple” səhmləri 30% ucuzlaşa bilər

“Apple” səhmləri 30% ucuzlaşa bilər

by yunus
0 comments 0 views 1 minutes read

“Apple” səhmləri 2025-ci ilin əvvəlindən 23%-dən çox ucuzlaşdıqdan sonra daha 30% ucuzlaşa bilər.

BBN.az xəbər verir ki, şirkətin səhmlərinin qiyməti aprelin 17-də bağlanış səviyyəsi ilə müqayisədə 28%-dən çox düşə bilər.

Analitik Kreyq Moffetin ABŞ prezidenti Donald Trampın başlatdığı ABŞ-Çin ticarət müharibəsi səbəbindən Apple-ın 2026-cı maliyyə ili üçün mənfəət proqnozunu (səhm üçün 7,87 dollardan 7,06 dollara qədər) aşağı salıb.

“Tramp aprelin 11-də bəzi tarifləri qaldıranda “Apple” ən pis ssenaridən yayındı. Amma Ağ Ev açıq şəkildə bildirdi ki, Çindən idxal edilən “Apple” cihazlarına 20% rüsum tətbiq olunur ki, bu da cəmi bir ay əvvəl ağlasığmaz olardı. Hətta Hindistandan gələn “iPhone”lar, həmçinin Vyetnamdan gələn saatlar və qulaqlıqlar da 10% tarifə tabedir”,- deyə analitik bildirib.

Bazar ertəsi “Apple” səhmləri 3%-dən çox dəyər itirib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.