
“Apple” şirkəti öz səs köməkçisi Siri-ni daha ağıllı və çoxfunksiyalı hala gətirmək üçün Google-un süni intellekt texnologiyasından yararlanmağı planlaşdırır.
BBN.az xəbər verir ki, texnologiya nəhəngi Alphabet tərəfindən hazırlanmış güclü Gemini AI modelinin Siri-yə inteqrasiya edilməsi nəzərdə tutulur. Razılaşmanın şərtlərinə əsasən, Apple bu əməkdaşlıq üçün Google-a ildə bir milyard dollardan artıq vəsait ödəyəcək.
Məlumatlı mənbələrin bildirdiyinə görə, tərəflər arasında əldə olunan bu saziş, xüsusilə iPhone və iPad kimi cihazlarda süni intellekt funksiyalarının təkmilləşdirilməsini hədəfləyir. Bu addım “Apple”a süni intellekt bazarında rəqabəti gücləndirmək və OpenAI ilə Microsoft kimi rəqibləri ilə yarışda mövqeyini möhkəmləndirmək imkanı verəcək.







