0
“Apple” Çindən başqa yerlərdə istehsalını artırmaq siyasəti çərçivəsində Taylandda “Apple Watch”dan sonra “MacBook”ların istehsalı üçün təchizatçılarla da danışıqlar aparır.
BBN.az-ın məlumatına əsasən Nikkei qəzetinin xəbərinə görə “Macbook” komponentlərinin və modullarının istehsalı və yığılması ilə bağlı müzakirələr aparılır. “Apple” bir ildən çoxdur ki, Taylandda “Apple” saatları istehsal edir.
Qeyd etmək lazımdır ki, “Apple” firmasının “MacBook” kompüterləri bazarda ən bahalı dizüstü kompüterlərdən biridir.