Home » “Apple Watch”un yeni seriyalarının satışı bu ölkədə dayandırılıb

“Apple Watch”un yeni seriyalarının satışı bu ölkədə dayandırılıb

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Nəhəng “Apple” şirkətinə məxsus olan “Apple Watch”un yeni seriyalarının ABŞ-da satışı dayandırılıb.

BBN.az NBC News TV-yə istinadən xəbər verir ki, bildirilir ki, ABŞ-da baş verən patent qalmaqalına rəğmən yeni seriyaların satışları isə digər ölkələrdə davam edəcək. Söhbət isə “Watch Series 9” və “Apple Watch Ultra 2”dən gedir. “Ağıllı saat”ın daha ucuz versiyası olan “Apple Watch SE”nin satışları isə davam edir və satışları ilə bağlı qadağa bu versiyaya şamil edilməyəcək.

Daha əvvəl də xəbər verdiyimiz kimi “Apple”dan bildirilib ki, satışların dayandırılmasında əsas səbəb isə patent ilə bağlı “Masimo” tərəfindən “Apple”ın günahlandırılması olub. Rəqibi “Masimo”dan qeyd ediblər ki, onlar bizim texnologiyanı tətbiq ediblər. “Apple” isə şirkətin bu ittihamları ilə razı olmadığını və müştərilərə xidmət göstərmək üçün bütün hüquqi və texniki prosedurlara baş vuracaqlarını bildiriblər. Əlavə ediblər ki, tez bir zamanda amerikalı müştərilər üçün satışları bərpa istiqamətində çalışacaqlar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.