![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
ABŞ mətbuatının məlumatına əsasən “Apple”ın həmtəsisçisi Steve Wozniak kiçik iflic keçirdikdən sonra evinə qayıdıb.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, o, bir neçə gün öncə mətbuata açıqlamasında qeyd edib ki, Mexico City-də təşkil edilən Dünya Biznes Forumunda iştirak edən zaman səhhəti pisləşib, həmçinin MRI skan da təsdiq edib ki, onda iflic baş verib. Konfransdan aparılan 73 yaşlı Wozniak dərhal hospitala yerləşdirilib.
Qeyd edək ki, o texnologiya dünyasında daha çox Woz adı ilə tanınır və “Silicon Valley”in (ABŞ-ın texnologiya nəhənglərinin birləşdiyi yer-red.) veteranlarından biri hesab edilir. Belə ki, o, 1976-cı ildə Steve Jobs ilə birlikdə “Apple” şirkətinin əsasını qoyublar və ilk “Apple” kompüterini yaradıblar. Onların birgə səyləri nəticəsində şirkət dünyanın ən dəyərli brendi adını əldə edib.