Home » Aqrar sektorda biznes fəaliyyəti təşviq edilir

Aqrar sektorda biznes fəaliyyəti təşviq edilir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kənd təsərrüfatı dayanıqlı inkişafın və məşğulluğun təmin edilməsində əhəmiyyətli paya malikdir. “Ağıllı kənd” və “Ağıllı kənd təsərrüfatı” konsepsiyalarının, eləcə də aqrar texnologiyaların sürətlə inkişaf etdiyi bir şəraitdə fermerlər rəqabətə davam gətirmək, inkişaf etmək və bizneslərini saxlamaq üçün bu dəyişiklərə uyğunlaşmalıdırlar. Burada müasir texnologiyaların və elmi yeniliklərin biznesə inteqrasiyası ilə paralel olaraq, ətraf mühitin qorunması, orqanik məhsulların istehsalı və ümumilikdə, ərzaq təhlükəsizliyinin təmin edilməsi mühüm faktorlardandır. Daha geniş stimulun yaradılması gəncləri kənd təsərrüfatı ilə məşğul olmağa təşviq edə bilər. 

Bu barədə Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində görülmüş işlərə həsr olunmuş tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. Agentliyin dəstək və xidmətləri barədə məlumat verən KOBİA sədri AMAL layihəsinin iştirakçılarını Agentliyin dəstək və xidmətlərindən yararlanmaqla biznes fəaliyyətlərini genişləndirməyə dəvət edib. Qeyd olunub ki, müxtəlif sərgi və yarmarkalarda iştirak, satış bazarlarına çıxış, təlimlər, təcrübə mübadiləsi proqramları, şəbəkələşmə və s. istiqamətlər üzrə aqrar sektorda biznes fəaliyyəti KOBİA tərəfindən təşviq edilir. Agentlik müxtəlif sektorlarda, o cümlədən aqrar sahədə fəaliyyət göstərən sahibkarlara daxili bazar araşdırmasının aparılması, elm, təhsil, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, “Startap” şəhadətnaməsinin verilməsi və digər istiqamətlərdə dəstək və xidmətlər göstərir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.