Home » Aqrar Sığorta Fondu Aqrar İnnovasiya Festivalında iştirak edib

Aqrar Sığorta Fondu Aqrar İnnovasiya Festivalında iştirak edib

by anar
0 comment 0 views 1 minutes read

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bərdə Peşə Liseyində keçirilən tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, elm və təhsil naziri Emin Əmrullayev, Bərdə rayon icra hakimiyyətinin rəhbərliyi, aqrar və əlaqəli sahələrdə çalışan dövlət qurumları və 80-dən çox yerli və xarici şirkət, iş adamları və fermerlər iştirak edib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından aqrar innovasiyaların böyük əhəmiyyətini qeyd edib.

O bildirib ki, aqrar sahədə elektronlaşdırma və rəqəmsallaşdırma əsas xətt olacaq.

Bərdə və ətraf rayonlardan çoxsaylı fermer və təsərrüfat nümayəndələrinin qatıldığı tədbirdə Aqrar Sığorta Fondu da təmsil olunub.

Fondun nümayəndələri festival iştirakçılarına və fermerlərə aqrar sığorta mexanizmi, onun üstünlükləri, əhatə etdiyi risklər və aqrar sığorta tarifləri barədə məlumat verib, eləcə də zərər dəyən təsərrüfatlara ödəniş prosesini izah ediblər.

Tədbirdə bildirilib ki, son aylar havaların qeyri-sabit keçməsi, yağış və sel-subasma nəticəsində təsərrüfatlara dəyən zərərlər üzrə Aqrar Sığorta Fonduna 1000-ə yaxın müraiət daxil olub. Hazırda Fondun müstəqil aqrar sığorta ekspertləri regionlarda zərərlərin qiymətləndirilməsi ilə məşğuldurlar.

Xatırladaq ki, Aqrar Sığorta Fondu heyvandarlıq, bitkiçilik və akvakultura məhsullarını sığortalayır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.