![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
BDU və Fond arasında mövcud olan əməkdaşlıq memorandumu əsasında keçirilən təcrübə proqramı, könüllülük fəaliyyəti və müstəqil aqrar sığorta eksperti peşəsinə yiyələnmək üçün təşkil olunacaq təlim və imtahan qaydaları haqqında gənclərə məlumat verilib.
Aqrar Sığorta Fondu Bakı Dövlət Universitetində keçirilən karyera sərgisində iştirak edib. Fondun nümayəndələri tələbələrə aqrar sığorta sistemi, Aqrar Sığorta Fondunun fəaliyyəti, tələb olunan vakansiyalar, gənclərimiz üçün açılan yeni imkanlar və perspektivlər haqqında ətraflı məlumat veriblər. BDU və Fond arasında mövcud olan əməkdaşlıq memorandumu əsasında keçirilən təcrübə proqramı, könüllülük fəaliyyəti və müstəqil aqrar sığorta eksperti peşəsinə yiyələnmək üçün təşkil olunacaq təlim və imtahan qaydaları haqqında gənclərə məlumat verilib. Azərbaycanda fəaliyyət göstərən 50-dək dövlət və özəl şirkətin iştirak etdiyi sərginin əsas məqsədi əmək bazarı üçün ixtisaslı kadrların hazırlanmasına yardım etməkdir. Həm iştirakçı şirkətlər, həm BDU, həm də tələbələr üçün faydalı keçən sərgi əmək bazarında hansı ixtisaslara daha çox tələbat olduğunu müəyyənləşdirməyə imkan verir. Tədbirdə bildirilib ki, gənclərin məşğulluğunun təmin edilməsi Universitet üçün prioritet məsələdir və bu istiqamətdə layihələr davamlı olacaq. Daha sonra iştirakçı şirkətlərin stendlərinə baxış keçirilib Sərgi iştirakçıları həmin şirkətlər haqqında ətraflı məlumatlandırılıblar.