Home » Aqrar Sığorta Fondu tərəfindən fermerlərə sığorta ödənişləri 3 dəfə artıb

Aqrar Sığorta Fondu tərəfindən fermerlərə sığorta ödənişləri 3 dəfə artıb

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

2024-cü ilin yanvar-iyun aylarında müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş fermerlərə 2,9 milyon manat sığorta ödənişi edilib

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən istifadə edərək faydalanan fermerlərin sayı artmaqdadır.

2024-cü ilin ilk yarım illiyinin nəticələrinə əsasən sığortalanan əkin sahələri və heyvandarlıq təsərrüfatları üzrə fermerlərə zərər ödənişlərində yüksək artım baş verib.

Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş sığortalı fermerlərə 2 milyon 864 min manat sığorta ödənişi edilib.

Sığorta ödənişlərinin 2 milyon 243 min manatı bitkiçilik, 621 min manatı isə heyvandarlıq sığortası üzrə edilib.

2023-cü ilin eyni dövrünə nisbətən sığorta ödənişlərinin məbləği 2,5 dəfə, o cümlədən əkin sahələri üzrə ödənişlər 3 dəfə, heyvandarlıq təsərrüfatları üzrə ödənişlər isə 43% artıb.

Ötən ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermerlərə ümumilikdə 1 milyon 147 min manat sığorta ödənişi edilmişdi.

2024-cü ilin 2-ci rübündə ən çox sığorta ödənişləri fırtına, dolu və subasma hadisələri üzrə həyata keçirilib.

Xatırladaq ki, Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə təqdim edilir – sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər.
Aqrar Sığorta Fondunun fəaliyyəti və aqrar sığorta şərtləri barədə daha ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (www.asf.gov.az) əldə etmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.