Home » Aqrobiznesin İnkişafı Forumunda KOBİA-nın aqrar sektordakı KOB-lara dəstəyi barədə məlumat verilib

Aqrobiznesin İnkişafı Forumunda KOBİA-nın aqrar sektordakı KOB-lara dəstəyi barədə məlumat verilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) aqrar sektorda sahibkarlığın inkişafına xüsusi önəm verir. Müxtəlif sərgi və yarmarkalarda iştirak, satış bazarlarına çıxış, təlimlər, təcrübə mübadiləsi proqramları, infrastrukturun inkişafı, şəbəkələşmə və s. istiqamətlər üzrə aqrar sektorda biznes fəaliyyəti KOBİA tərəfindən təşviq edilir.

Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə keçirilmiş Aqrobiznesin İnkişafı Forumundakı çıxışı zamanı məlumat verib. Qeyd olunub ki, KOB-ların iqtisadiyyatda rolunun artırılması üzrə hədəflərin reallaşdırılmasında aqrobiznes əhəmiyyətli rol oynaya bilər. Agentlik müxtəlif sektorlarda, o cümlədən aqrobiznes sahəsində fəaliyyət göstərən sahibkarlara daxili bazar araşdırması, təhsil, elm, tədqiqat və dəstək üzrə qrantların verilməsi, KOB inkişaf mərkəzləri vasitəsilə təlim və məsləhət xidmətləri, “Startap” şəhadətnaməsi və s. mexanizmlər çərçivəsində dəstək göstərir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.