Home » “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni rezident

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni rezident

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Yeni rezident – “Holcim (Azərbaycan)” ASC tərəfindən əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək zavod inşa olunacaq, sement satışı üzrə terminal təşkil ediləcək.

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni rezident – “Holcim (Azərbaycan)” ASC qeydiyyata alınıb.

Yeni rezident tərəfindən Sənaye Parkının 5 hektar ərazisində əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək zavod inşa olunacaq, eləcə də sement satışı üzrə terminal təşkil ediləcək.

İnvestisiya dəyəri 3,4 milyon manat olan müəssisədə 20 nəfərdən çox insanın daimi işlə təmin olunması planlaşdırılır. İstehsal ediləcək məhsulların daxili bazarda satışı nəzərdə tutulur.

Qeyd: İndiyə qədər Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 3 sahibkarlıq subyekti rezident, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.