Home » ARDNF əməkdaşlarının iştirakı ilə ADİU-da infosessiya keçirilib

ARDNF əməkdaşlarının iştirakı ilə ADİU-da infosessiya keçirilib

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bu il təsis olunmasının 25 illiyini qeyd edən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) universitetlərlə iş birliyi çərçivəsində ADİU – Azərbaycan Dövlət İqtisad Universitetində infosessiya keçirib.

30 aprel tarixində baş tutan tədbirdə ARDNF-nin Strateji kommunikasiya şöbəsinin müdiri Ülviyyə Mehralıyeva, İnvestisiya departamentinin baş treyderi Fuad Təmirov və baş təhlilçisi Nigar Əzizova, Büdcə və layihələr departamentinin baş iqtisadçısı Aysel Sadıqlı və Enerji layihələri departamentinin aparıcı iqtisadçısı Kamran Əlizadə tərəfindən tələbələrə Fondun missiyası, məqsədi, dəyərləri, investisiya fəaliyyəti, maliyyələşdirdiyi ümummilli layihələr və neftdən əldə edilən gəlirlərin bölündüyü sahələr, eləcə də, maliyyə bazarlarında baş verən dalğalanmalar və cari vəziyyət, Ətraf mühit, Sosial və İdarəetmə (ESG) prinsiplərinin investisiya fəaliyyəti üzrə tətbiqi haqqında ətraflı məlumat təqdim olunub.

Tədbirin ikinci hissəsində İnsan resursları departamentinin baş mütəxəssisi Rəna Xalikova ARDNF-nin işə qəbul prosedurları və Yay təcrübə proqramı mövzusunda təqdimatla çıxış edib.

Tələbələrin suallarını cavablayan ARDNF əməkdaşları onlarla peşakar fəaliyyətlərində qazanılan təcrübələri və öz tövsiyyələrini bölüşüblər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.